Yaponiya Rusiyaya nota verdi

2021-09-14 11:25:00

Yaponiya Rusiyaya nota verdi

Hurriyyet.az xəbər verir ki, Yaponiya hökuməti Rusiya təyyarəsinin ölkənin hava məkanının sərhədlərini pozması ilə əlaqədar kəskin etirazını bildirib.

Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu keirdiyi mətbuat konfransında Rusiya təyyarəsinin şimaldakı Xokkaydo rayonunda hava sərhədlərini pozmasına kəskin etirazını bildirib, hadisənin bir daha təkrar olmaması barəsində xəbərdarlıq edib.

Yaponiyanın Müdafiə Nazirliyi Rusiyanın “Antonov An-26” markarlı təyyarəsinin 12 sentyabr günü səhər saatlarında ölkənin hava sərhədlərini iki dəfə pozduğunu, Yaponiyanın Hava Müdafiəsi Qüvvələrinin onu sərhəddən uzaqlaşdırdığını bildirmişdi.