Yaponiya Qazaxıstanı Ukrayna məsələsində həmrəy olmağa çağırdı

2022-04-30 14:17:00

Yaponiya Qazaxıstanı Ukrayna məsələsində həmrəy olmağa çağırdı

“Rusiyanın təcavüzü beynəlxalq nizamın əsaslarını sarsıdır”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yaponiya Qazaxıstanı Ukrayna məsələsində həmrəy olmağa çağırıb.

Yaponiyanın Xarici İşlər naziri Hayasi Yosimasa Nur-Sultan şəhərində Qazaxıstanın Xarici İşlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi ilə görüşüb.

Bəlli olduğu kimi, Qazaxıstan BMT-nin Baş Assambleyasının Ukrayna məsələsi üzrə qətnaməsinin səsverməsi zamanı bitərəf qalıb. Yaponiya Qazaxıstanı beynəlxalq ictimaiyyət ilə həmrəy addımlar atmağa çağırıb.

Yaponiyanın “Kyodo” agentliyinin xəbər verdiyi kimi, Yaponiya diplomatiyasının rəhbəri Hayasi Yosimasa qazaxıstanlı həmkarı ilə görüşdə bu barədə danışıb.

Hayasi qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “beynəlxalq hüququn aşkar şəkildə pozulmasıdır, bu da beynəlxalq nizamın əsaslarını sarsıtdığı üçün ciddi narahatlıq doğurur”.

Tleuberdi öz növbəsində qeyd edib ki, Qazaxıstan BMT-nin Nizamnaməsinə uyğun şəkildə “böhranın sülh yolu ilə həlli naminə” diplomatik səy göstərməyə hazırdır.

Nur-Sultana səfəri çərivəsində Hayasini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də qəbul edib.

Yaponiya Xarici İşlər nazirinin Qazaxıstanın ardınca Özbəkistan ilə Monqolustana da səfər edəcəyi gözlənilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya