Yaponiya Monqolustanı Rusiyaya qarşı birləşməyə çağırdı

2022-05-03 16:01:00

Yaponiya Monqolustanı Rusiyaya qarşı birləşməyə çağırdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yaponiya Monqolustanı Ukrayna məsələsində beynəlxalq ictimaiyyətlə həmrəy olmağa çağırıb.

“Kyodo” agentliyinin verdiyi xəbərə görə, Yaponiyanın Xarici İşlər naziri Yosimasa Hayasi monqolustanlı həmkarı Batmunh Batsetseq ilə Ulan-Bator şəhərindəki görüşü zamanı Rusiyanın Ukraynaya təcavüzünün “beynəlxalq hüququn aşkar şəkildə pozulması” olduğunu və “beynəlxalq nizamın əsaslarını sarsıtdığını” söyləyib.

Batsetseq də öz növbəsində Monqolustanın Ukrayna məsələsi ilə bağlı mövqeyini bildirib, Ukraynada atəşin tez bir zamanda dayandırılmasının mühüm olduğunu söyləyib.

Ulan-Batora səfəri çərçivəsində Yaponiyanın Xarici İşlər naziri Yosimasa Hayasini Monqolustanın Baş naziri Luvsannamsray Oyun-Erdene qəbul edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya