Saat:18:41
Haqqımızda

Yaponiya Krul adalarına yenidən rəsmi iddia qaldırır

2022-01-18 14:57:00

Yaponiya Krul adalarına yenidən rəsmi iddia qaldırır

Yaponiya hesab edir ki, onun suverenliyi Kuril adalarının cənub hissəsinə qədər uzanır və buralara aiddir. Bu mövqeyi çərşənbə axşamı Yaponiyanın XİN naziri Yosimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib. “Bizim suverenliyimiz dörd şimal adasına şamil edilir (Rusiyanın cənub Kuril adaları adlandırdığı adalar Yaponiyada belə adlandırılır). Biz təməl mövqeyimiz əsasında, yəni ərazi məsələsi həll edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyi əsasında israrlı danışıqları davam etdirmək niyyətindəyik”, deyə nazir açıqlama verib.

Belə ki, Hayaşi yanvarın 14-də Moskvada keçirdiyi mətbuat konfransında rusiyalı həmkarının bəyanatını şərh edib. Daha sonra Sergey Lavrov qeyd edib ki, Tokio hələ də Kuril adaları kontekstində İkinci Dünya Müharibəsinin nəticələrini tanımır, Rusiya rəsmiləri və hərbçilərinin Cənubi Kuril adalarına səfərləri səbəbindən davamlı demarşlar edir.

Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya Müharibəsinin nəticələrindən sonra sülh müqaviləsi hazırlamaq üçün məsləhətləşmələr aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqla bağlı fikir ayrılığı olaraq qalır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edildi, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup qonşu kiçik, yaşayış olmayan adaların mülkiyyəti məsələsində mübahisə edir. Eyni zamanda, Rusiya XİN dəfələrlə qeyd edib ki, Rusiya müvafiq beynəlxalq hüquqi səviyyədə ərazilər üzərində suverenliyə malikdir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177755