Saat:17:09
Haqqımızda

Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı diplomatik gərginlik

2021-07-26 16:39:00

Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı diplomatik gərginlik

Hurriyyet.org xəbər verir ki, Yaponiyanın irəli sürdüyü ərazi iddiaları ilə bağlı rəsmi Moskva Tokioya etirazını bildirib.

Bu gün Yaponiyanın Rusiyadakı səfiri Toyoxis Kodzuki Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə çağrılıb. Nazirliyin saytında yerləşdirilmiş açıqlamada “Yaponiyanın Rusiyaya ərazi iddiaları kontekstində Tokionun dost olmayan addımlarına etiraz edildiyi” bildirilir.

Bundan əvvəl Yaponiyanın Xarivi İşlər nazirinin müavini Tokeo Mori Rusiyanın Baş naziri Mixail Mişustinin “şimal ərazilərinə” – Kuril adalarına səfəri ilə bağlı Rusiyanın səfiri Mixail Qaluzini Yaponiya XİN-ə çağıraraq bu səfərlə bağlı etirazını bildirmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR