Saat:18:30
Haqqımızda

Yaponiya hökumətinin başçısı Trampın namizədliyini irəli sürəcək

2025-10-28 11:12:25

Yaponiya hökumətinin başçısı Trampın namizədliyini irəli sürəcək

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiti ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir.
Bu barədə Yaponiyanın Nippon TV televiziya kanalı məlumat verib.
Oktyabrın 28-də Tokioda keçiriləcək danışıqlar zamanı Takaitinin bu niyyətini Trampa bildirəcəyi gözlənilir.
Tramp əvvəllər özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini bildirmişdi. Lakin oktyabrın 10-da Nobel Komitəsi 2025-ci il mükafatının Venesuela müxalifətçisi, keçmiş parlament üzvü Mariya Korina Maçadoya verildiyini açıqladı. Bundan sonra Tramp zarafatla gələn ilin Nobel Sülh Mükafatını almağa ümid etdiyini bildirmişdi.
Hürr Tərcüman