“Yaponiya əraziləri Rusiyanın işğalı altındadır”

2023-04-11 09:47:00

“Yaponiya əraziləri Rusiyanın işğalı altındadır”

Hurriyyet.az “Rambler.ru” saytına istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin “Diplomatiyanın mavi kitabı – 2023” adlı illik hesabatında Kuril adalarının cənub hissəsinin hazırda Rusiya Federasiyasının işğalı altında olduğu və həmin topraqların əslində Yaponiya ərazisi olduğu bildirilir.

Nazirlik Kuril adaları probleminin Yaponiya-Rusiya arasında həll edilməmiş ən ciddi məsələ olduğunu qeyd edib. Tokio Moskvanın bu məsələ ilə bağlı danışıqları dayandırmasına görə təəssüfləndiyini bildirib.

Ölkənin baş naziri Fumio Kişida bu yaxınlarda etdiyi çıxışında Yaponiyanın Cənubi Kuril adaları məsələsində mövqeyinin heç zaman dəyişməyəcəyini bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180836