Yaponiya da qaz qovşağı olmaq uğrunda rəqabətə qoşulur, amma Asiya üçün

2023-01-06 13:42:00

Yaponiya da qaz qovşağı olmaq uğrunda rəqabətə qoşulur, amma Asiya üçün

Yaponiya Asiya üçün qaz mərkəzi olmaq istəyir. Belə ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yasutoşi Nişimura Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda Yaponiya və ABŞ-ın birlikdə ABŞ-ın mayeləşdirilmiş təbii qazının tədarükünü artırmaqla həm enerji keçidinə, həm də Asiyada enerji təhlükəsizliyinə nail ola biləcəklərini açıqlayıb.
"LNG son dərəcə mühüm strateji enerji resursu olacaq. İnanıram ki, Asiya regionunda enerji təhlükəsizliyi ilə yanaşı, real enerji keçidinə nail olmaq mümkündür", nazir deyib. Onun sözlərinə görə, xüsusilə, enerji resursları ilə zəngin olan ABŞ külli miqdarda LNG hasil etsə, Yaponiya isə öz növbəsində onu Asiya ölkələrinə tədarük etsə, buna nail olmaq olar.
Belə görünür ki, ölkələr qaz qovşağı olmaq uğrunda rəqabət aparır. Türkiyə Rusiya, İran və Azərbaycan qazı üçün qovşağa çevrilmək və onu Avropaya göndərmək niyyətindədir. Yaponiya da Asiya üçün ABŞ-ın LNG treyderi rolunu öz üzərinə götürmək istəyir. Bunun üçün imkanlar var - Yaponiya ən böyük LNG donanmalarından parklarından malikdir. Amma siyasi müttəfiqdən qaz treyderinə çevrilməyin mümkün olub-olmayacağı sual altındadır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167740