Saat:01:33
Haqqımızda

Yapon adalarında ABŞ-ın hərbi potensialının artırılması Rusiya və Çinə mesajdır...

2021-09-21 19:42:00

Yapon adalarında ABŞ-ın hərbi potensialının artırılması Rusiya və Çinə mesajdır...

Yapon adalarında ABŞ-ın hərbi potensialının artırılması ABŞ, Rusiya, Çinin gündəmindədir. 
Elena Panina bu barədə "FAN"a (Federal Xəbərlər Agentliyi) Yaponiyanın keçmiş ədliyyə naziri Sanae Takaitinin "Fuji TV"də seçki debatı zamanı ABŞ-ın orta mənzilli raketlərin ölkə ərazisində yerləşdirilməsi ehtimalını şərh edərkən bildirib.

Takaiti, Amerika raketlərinin yerləşdirilməsinin, onun fikrincə, KXDR və Çin üçün bölgədə "çəkindirici faktor" olacağına söz verdi.
Beynəlxalq Siyasi və İqtisadi Strategiyalar İnstitutunun direktoru Yelena Paninanın açıqladığına görə, bundan əvvəl Tokio Pentaqonun Yaponiyanın şimal-qərbindəki Akita əyalətində və ölkənin cənub -qərbində Yamaquti yaxınlığında "Aegis Ashore" raketdən müdafiə kompleksi yerləşdirməsinə imtina etmişdi. Daha sonra Yaponiya hökuməti amerikalılara alternativ təklif etdi: qanadlı raketləri Yaponiya hava bazalarında yerləşdirilən ABŞ təyyarələri üçün döyüş sursatı kimi istifadə etmək. Bu qərarın Şimali Koreya və Çindən gələn iki təhdidlə eyni anda mübarizə aparmağa imkan verəcəyini qeyd etdi.
"Qeyd etmək lazımdır ki, yeni geosiyasi bölgü işığında keçmiş Ədliyyə Nazirinin bəyanatı yeni siyasi rəng əldə edir və bu, təkcə Yaponiyada deyil, bölgədə də vəziyyətin sabitləşməsinə gətirməyəcək. Yapon adalarında hərbi potensialın artırılması bölgənin hərbiləşdirilməsinə əsas verir ki, bu da təkcə Cənubi Kurilin müdafiəsini gücləndirəcək Rusiyanın deyil, həm də Çinin cavab reaksiyasına səbəb olacaq", Yelena Panina deyir.
 P.S. Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-ın qanadlı raketlərinin Yaponiyada yerləşdirilməsi Rusiya və Çinin qarşı tərəfindəki ön cinah Yaponiyanın öhdəliyinə verilib. Baş nazir vəzifəsinə iddialı olan siyasətçinin bu sözləri isə özünün seçiləcəyi təqdirdə Vaşinqtonun istəklərini prioritet olaraq dəyərləndirəcəyi, ABŞ-ın ona "stavka"etməsində uduzmayacağı və Vaşinqtonun etimadını doğruldacağı mesajı anlamına gəlir.
Ülviyyə,
Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR