“YAP-ın və digər nüfuzlu qurumların “Soros”a gücü çatmadı” – ƏMƏKDAR MÜƏLLİMDƏN PREZİDENTƏ MÜRACİƏT

2022-05-03 12:34:00

“YAP-ın və digər nüfuzlu qurumların “Soros”a gücü çatmadı” – ƏMƏKDAR MÜƏLLİMDƏN PREZİDENTƏ MÜRACİƏT

Əməkdar müəllim, şair, Həsənov İlham Musa oğlu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, DTX rəhbəri Əli Nağıyevə müraciət edən şikayətçinin məktubunu dərc edirik:

“Çox hörmətli cənab prezident!

Mənim deməyə daha sözüm yoxdur, belə çıxır ki, “Soros” Azərbaycanda YAP-dan güclü imiş. Çünki YAP-ın və digər nüfuzlu qurumların “Soros”a gücü çatmadı. Fakt odur ki, “Soros”a xidmət edən, “Soros”un köməkliyi ilə təhsil alan, adİ vətən borcunu yerinə yetirməyəN, YAP-a qarşı təxribat aparan, təhsildən xəbəri olmayan, Kənd təsərrüfatı mütəxəssisi Anar Qədiməliyev Emin Əmrullayevin təkidiylə Gəncə regional təhsilinə rəhbər qoyulur...

Ancaq Gəncəbasarda kifayət qədər tanınan veteran YAP-çılardan biri, şair, Əməkdar müəllim, ictimai xadim İlham Həsənovu isə 65-yaşı bəhanə edib, qərəzli şəkildə işdən çölə atırlar. Deməli, mənim günahım odur ki, bunların nöqteyi-nəzərindən ulu öndər Heydər Əliyevi dəstəkləməyim və sizi ürəkdən sevməyim olub. Bunlar sadəcə olaraq bu fikri açıq-aşkar deyə bilmirlər. Nəticə etibarilə mən və mənim kimi adamlar “Soros”un qarşısında aciz qalmışıq.

Onsuz da bütün Azərbaycan xalqına məlumdur ki, Emin Əmrullayev nazir olduğu iki il müddətində Azərbaycan təhsilini şikəst edib. Belə çıxır ki, bundan sonrada düşünülmüş formada təhsili məhv edəcəklər. Elə bu gün hamı bundan danışır.

Cənab prezident!

Nə qədər gec deyil, ulu öndərin ruhu naminə imkan vermiyəsiniz ki, təhsilimiz uçuruma getsin. Xahiş edirəm, göstəriş verəsiniz ki, bu barədə qətiyyətli və kəskin addımlar atılsın. İmkan verməyək ki, “Soros” bizi üstələsin, çünki gələcəyimiz təhlükə altında qala bilər”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya