Saat:22:12
Haqqımızda

YAP-ın deputatlığa namizədinin 10 milyon borcu var

2024-07-18 13:07:23

YAP-ın deputatlığa namizədinin 10 milyon borcu var

Yeni Azərbaycan Partiyasının  59 saylı Quba  Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğlunun böyük məbləğdə borcu var.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info saytı məlumat yayıb.

Sayt iddia edib ki, rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir: "Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb. Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var".

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid  Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.