"YAP hökuməti REAL ilə öz arasında statistik məsafəni qalın xətlə işarələyir" - İLQAR MƏMMƏDOV

2023-09-07 11:29:09

"REAL Partiyası hələ 16 avqustda öz reyestrini Ədliyyə Nazirliyinə təqdim etmişdi, bunu bizdən sonra edənlər artıq təkrar qeydiyyatdan keçib, biz isə yox"

"Hansı partiya YAP-dan neçə gün sonra təkrar qeydiyyatdan keçibsə, o qədər də YAP-a yaxın sayılır"

"Politoloqlar baş sındırıb hansı partiyanın hansına daha yaxın olduğunu rəqəmlə ifadə etmək üçün ömür həsr edib statistik metodlar yaradır, elmi dərəcə alır, konfranslarda modellər təqdim edib alqışlar qazanır. Amma belə getsə, Azərbaycanda buna ehtiyac qalmayacaq. Baxırsan hansısa partiyanın təkrar qeydiyyat tarixinə - vəssalam, bu da olur sənin üçün YAP və bu partiya arasında statistik məsafə". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

Partiya sədri qeyd edib ki, o məsafəni başqa yerlərdə mürəkkəb əmsalla, bizdə isə çox asan, yəni gün sayı ilə ölçürlər: "Hansı partiya YAP-dan neçə gün sonra təkrar qeydiyyatdan keçibsə, o qədər də YAP-a yaxın sayılır. Məsələn, REAL Partiyası hələ 16 avqustda öz reyestrini Ədliyyə Nazirliyinə təqdim etmişdi. Bunu bizdən sonra edənlər artıq təkrar qeydiyyatdan keçib, biz isə yox. YAP hökuməti REAL ilə öz arasında statistik məsafəni qalın xətlə işarələyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138010