YAP Gəncədən bu şəxslərin namizədliyini irəli sürür – Yerləri dəyişdirilib...
2024-07-17 13:35:35

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası başa çatıb.
Hurriyyet.az xəbər verir ki, məlumatlı mənbələrdən “azpolitika”-ya daxil olan məlumata görə, Gəncə şəhərini Milli Məclisdə təmsil edən 2 deputatın namizədliyi yenidən irəli sürülüb.
Belə ki, 38 saylı Gəncə Birinci Seçki Dairəsindən Naqif Həmzəyev, 39 saylı Gəncə İkinci Seçki Dairəsindən isə Pərvin Kərimzadə namizəd olacaqlar.
DSK-ların yeni bölgüsünə görə adı çəkilən deputatların dairələri dəyişdirilib.
