YAP-dan qovulan məşhurlar - Siyahı

2022-11-21 16:37:00

YAP-dan qovulan məşhurlar - Siyahı

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) yaranmasının 30 illiyini qeyd edir. 29 il əvvəl hakimiyyətə gələn iqtidar partiyasının bu onlilliklər ərzində yolu heç də hamar olmayıb. 

Hurriyyet.az bildirir ki, yenisabah.az xatırladır ki, bu partiyanın qurucularından olan çoxlu sayda tanınmış sima müxtəlif illərdə partiya sıralarından xaric olunub. 

YAP-ı ilk tərk edən şəxs eks-spiker Rəsul Quliyev olub. O, pozucu siyasi fəaliyyətinə görə 1995-ci ildə YAP İdarə Heyətinin qərarı ilə partiya sıralarından xaric edilib. 

YAP-ın qurucularından sayılan sabiq səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasına rəhbərlik edən Əli İnsanov da keçmiş partiyadaşı ilə eyni aqibəti yaşayıb. 2005-ci ildə həbs olunan Ə. İnsanov əvvəl nazir postundan, sonra isə partiya sıralarından xaric edildi. Xatırladaq ki, Əli İnsanov həmin vaxt YAP sədrinin müavini vəzifəsini tuturdu. 

Keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyev də YAP-dan uzaqlaşdırılan məşhurların sırasında yer alır. F. Əliyev  2005-ci ilin oktyabrında təkcə nazir kürsüsünü deyil, həm də YAP-dakı mövqeyini itirdi. Fərhad Əliyevin qəfil həbsi onu nəinki YAP İdarə Heyəti üzvlüyündən, həm də sıravi partiya üzvlüyündən məhrum etdi. 

YAP-dan çıxarılan məşhurların siyahısında bu partiyanın qurucularından olan sabiq nazir və sabiq deputat Sirus Təbrizli də var. S.Təbrizli YAP əleyhinə verdiyi silsilə müsahibələrdən sonra 27 mart 2007-ci ildə partiya sıralarından xaric edilib. 

Yenisabah.az bildirir ki, YAP-da sonrakı dövrdə də “təmizləmə əməliyyatı” aparılıb. Yaxın keçmişdə YAP-dan uzaqlaşdırılan tanınmış simaların sırasına aşağıdakı şəxslər daxildir:

Səlim Müslümov – sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Ramiz Göyüşov – YAP Binəqədi rayon təşkilatının sabiq sədri

Eldəniz Səlimov – Sabiq deputat

Hüseynbala Mirələmov – Keçmiş deputat, YAP Xətai rayon təşkilatının keçmiş sədri

Vüqar Səfərli – KİVDF-nin sabiq sədri 

Rasim Quliyev – Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq Aparat rəhbəri

Mahir Quliyev - Biləsuvar rayonunun həbsdə olan keçmiş icra başçısı

Nizaməddin Quliyev - Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı

Qoca Səmədov - Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri

Vilyam Hacıyev - İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı

Ceyhun Cəfərov - Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127175