"YAP-AXCP-Müsavat ittifaqından ibarət siyasi quruluş təzə strategiya axtarır" - İLQAR MƏMMƏDOV

2023-09-13 11:27:33

"YAP-ın təbliğat maşını Respublikaçı Alternativ Partiyasının guya AXCP-Müsavat boşboğazları ilə eyni mövqedə olduğunu durmadan yazır, danışır"

"YAP-AXCP-Müsavat ittifaqından ibarət 30 illik siyasi quruluşun seçkidə perspektivi zəifdir deyə və bu üçlüyün oyununu daim REAL pozduğu üçün bunlar təzə strategiya axtarır. Deyəsən, tapıblar da". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Həmin strategiya haqda məlumat verən partiya sədrinin sözlərinə görə, bir tərəfdən mitinqdən illərdir tam imtina etmiş "müxaliflər" boş-boş guruldamağa davam edir: "Xatırlayırsınızsa, bu saxtakarlar hakimiyyətə guya mitinqlə gələcəkdilər, seçkini boykot edirdilər, bizə seçkidə iştiraka görə demədikləri söz qalmamışdı. O biri tərəfdən isə YAP-ın təbliğat maşını Respublikaçı Alternativ Partiyasının guya AXCP-Müsavat boşboğazları ilə eyni mövqedə olduğunu durmadan yazır, danışır".

İlqar Məmmədovun fikrincə, burada məqsəd toplumun ayıq, düşünən, sözdə radikal oyunbazlardan uzaq duran seçicisini Respublikaçı Alternativə səs verməkdən çəkindirməkdir: "Oyununuzu yenə pozacağıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139095