Saat:15:40
Haqqımızda

Yanvarın 21-də Rusiya, İran və Çin “Dəniz təhlükəsizlik zolağı-2022” adlı birgə hərbi təlimlərə başlayacaq

2022-01-20 13:50:00

Yanvarın 21-də Rusiya, İran və Çin “Dəniz təhlükəsizlik zolağı-2022” adlı birgə hərbi təlimlərə başlayacaq

Yanvarın 21-də Hind okeanının şimal hissəsində Rusiya, İran və Çinin “Dəniz təhlükəsizlik zolağı-2022” adlı birgə hərbi təlimləri başlayacaq. Bu barədə cümə axşamı admiral Mustafa Tacəddini məlumat verib.
O qeyd edib ki, İran, Rusiya və Çin üç ölkənin beynəlxalq sülhü, dəniz təhlükəsizliyini dəstəkləmək və ortaq gələcəyi olan dəniz tərəfdaşlığı qurmaq bacarığını nümayiş etdirmək üçün birgə təlimlər keçirir.
Təlim zamanı yanan gəminin xilas edilməsi, qaçırılmış gəminin azad edilməsi və hədəflərə atəş açılması da daxil olmaqla müxtəlif manevrlər həyata keçiriləcək. Təlimlərin əsas məqsədi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və dəniz quldurları ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasıdır.

Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR