“Yanvarda zəlzələ haqda xəbərdarlıq almışdılar” - Şahinin anası

2023-02-14 17:26:00

“Yanvarda zəlzələ haqda xəbərdarlıq almışdılar” - Şahinin anası

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən biri - Şahin Verdiyevin anası Esmira Hüseynova “Bizimləsən” verilişində qonaq olub.

Hurriyyet.az xəbər verir ki, o, oğlu ilə sonuncu dəfə zəlzələdən bir neçə saat əvvəl danışıb: “Dostları ilə evdə idilər. Zəlzələdən sonra bir xəbər ala bilməmişik”. 

E. Hüseynova, həmçinin bildirib ki, oğlu ona hələ yanvar ayında zəlzələ olacağı barədə xəbərdarlıq aldıqlarını demişdi.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167721