Yanacaq ehtiyatı bu gün tükənir, böhrana etiraz edən 21 nəfər saxlanıldı

2022-06-20 19:08:00

Yanacaq ehtiyatı bu gün tükənir, böhrana etiraz edən 21 nəfər saxlanıldı

Hurriyyet.az xəbər verir ki, Şri-Lankada ölkədəki iqtisadi böhrana etiraz eləmək üçün bu gün Prezident Aparatı binasının qarşısında keçirilən nümayişlərdə 21 nəfər həbs edilib. Şri-Lanka öz tarixində ən böyük iqtisadi böhranla qarşı-qarşıyadır. Ölkədə ərzaq, yanacaq və dərman çatışmazlığı var. Etirazçılar böhranın öhdəsindən gələ bilmədiyi üçün Prezident Qotabaya Rajapaksanın istefa etməsini tələb edirlər. Bu gün keçirilən nümayişlər zamanı etirazçılardan biri buddist rahib, dördü qadın olmaqla, 21 nəfəri saxlanılıb.

Şri-Lankadakı ağır iqtisadi vəziyyətlə əlaqədar aprel ayından bəri başlanmış etirazlar dövründə 8 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

Şri-Lankanın Enerji naziri Kançana Vicesekera ötən cümə günü çıxış edərək demişdi: “Ölkəmizin 21 iyun tarixinə qədər yanacaq ehtiyatı qalıb. Yanacaq almaq üçün Rusiya da daxil olmaqla, bir çox ölkəyə müraciət eləmişik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya