YAMAN ÇOXALIB - Şeir

2023-04-18 15:57:00

YAMAN ÇOXALIB - Şeir

Ey həzarat, gəlin sizə söyləyim,
Bu millətin, gümansızı çoxalıb.
Ta-qədimdən imanlısı olub, var,
Allahsızı, imansızı çoxalıb.


Əldə mişar, daş kəsəni görmüşük,
Üzün dartıb, qaş kəsəni görmüşük,
Meşələri yaş kəsəni görmüşük,
Pambıq ilə baş kəsəni çoxalıb.


Yanan yoxdur kasıbların halına,
Məmurların hesab çatmaz malına,
Çıxanda küçəyə, qul bazarına,
Qəpik güdən, quruş güdən çoxalıb.

 

Xalqın tikəsini xalqa verməyən,
Dogru söyləyəni əzib çeynəyən,
Üzə duran, rüşvət alan, iş verən,
Göbələkdir, yagış yagıb, çoxalıb.


Uzun saqqalına bizi dolayan,
Boynumuza, sarmaşıq tək sarılan,
Hər gecəsi siğə, ölüb, xortlayan,
Əmmaməli Nəsrullahı çoxalıb.


Özgə dili bir tum kimi çırtlayan,
Öz dilini hara gəldi tullayan
Əsgərimə silah çəkib, tuşlayan,
Vətən satan generalı çoxalıb.

Rəhm et Allah, bu millətin düşməni də çoxalıb.

ŞAMİL

17.04.2023


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.204177