Yalnız bu halda danışıqlar masası arxasına oturacağıq - Zelenskidən Moskvaya şərt

2022-06-14 10:04:00

Yalnız bu halda danışıqlar masası arxasına oturacağıq - Zelenskidən Moskvaya şərt

"Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazırdır, ancaq düşmən həqiqətən müharibəni bitirmək istəsə".

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bizim nəticə verməyən danışıqlara vaxtımız yoxdur. Nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, heç bir şübhəmiz yoxdur və biz yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışıqlara hazırıq", - deyə Ukrayna dölət başçısı bildirib.

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, "Ukrayna və Rusiya danışıqlar masası arxasına əyləşəcəklər, lakin bu gün deyil və Rusiya Federasiyasının şərtləri ilə olmayacaq. O əlavə edib ki, "Rusiya hazırda danışıqların aparılması zərurətini təbliğ edir, çünki onlar bütün resurslarını Ukraynanın şərqində toplayıb, burada çox gərgin döyüşlər gedir".

Eyni zamanda, ABŞ Rusiyanın bu danışıqları ədalətlə aparmaq istəməməsi səbəbindən yaxın gələcəkdə Kiyev və Moskva arasında diplomatik danışıqların mümkünlüyünə dair heç bir ehtimal görmür.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya