Saat:01:11
Haqqımızda

Yalançı Peqov İrəvanda gülünc vəziyyətə düşdü - VİDEO

2022-08-15 13:22:00

Yalançı Peqov İrəvanda gülünc vəziyyətə düşdü - VİDEO

Dünən İrəvanda müxtəlif məhsulların topdan satışı ilə məşğul olan “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Ermənistan mətbuatının son məlumatına görə, 6 nəfər ölüb, 17 nəfər itkin düşüb. Rusiyalı jurnalistlər də bu hadisəni diqqətdən kənarda qoymayıblar.

Belə ki, 44 günlük müharibə zamanı Ermənistan ordusunun “qələbələrindən” və Azərbaycan qoşunlarının “geri çəkilməsindən” ağız dolusu danışan bədnam “hərbi bloger”, “WarGonzo” layihəsinin müəllifi, rusiyalı jurnalist Semyon Peqov öz səhifəsində yazı dərc edib.

Layihəyə məxsus olan Telegram kanalı dörd yaşlı qız uşağının dağıntılar altından çıxarılaraq sonradan naməlum istiqamətə aparıldığını iddia edib.

Bizim.Media xəbər verir ki, bu fikirlər Paşinyan yönümlü “Baqramyan 26” Telegram kanalında yer alıb.

“Məlumat daxil olub ki, Ermənistan Səhiyyə Nazirliyi ölən qızla bağlı məlumatları təkzib edir. Lakin mənbələrimiz təsdiq edir ki, hadisə şahidlərindən biri yaralı uşağı dağıntılar altından çıxarıb. O zaman nəbzi vurmayıb. Təcili yardım maşınları hələ gəlməyib. Qızı polis maşını ilə aparıblar. Hər halda, biz partlayışla bağlı daha konkret məlumat gözləyirik”, - rusiyalı təbliğatçı yazıb.

“Baqramyan 26” teleqram kanalı isə Semyon Peqovun bəyanatını tənqid edərək, onu “erməni faciəsindən populyarlıq qazanmağa çalışan populist” adlandırıb:

“Görünür, 1 milyon abunəçi Semyon Peqov və WarGonzo layihəsi üçün çox azlıq təşkil edir. Bu baxımdan erməni faciəsindən xal qazanmağa çalışıblar. Ermənilər (bir çox başqaları kimi) bu kanalı indi də oxuyur və bu “zibil yığını”nın hər cəfəngiyyatına öz “mənbəyi” kimi inanır”.

Yada salaq ki, İkinci Qarabağ Müharibəsi zamanı bu kanalların (WarGonzo və Baqramyan 26) hər ikisi yaxından əməkdaşlıq edib və bir-birinin postlarını paylaşıb. Erməni xalqı Semyon Peqovun cəfəngiyyatına inanıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi İrəvan ticarət mərkəzində baş verən partlayış yerində 4 yaşlı qızın ölməsi ilə bağlı Semyon Peqovun məlumatını təkzib edib. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR