Saat:17:59
Haqqımızda

Yalan və haram! - ELDAR SABİROĞLU YAZIR

2023-03-29 11:12:00

Yalan və haram! - ELDAR SABİROĞLU YAZIR

Yalan və haram! Hansının insan cəmiyyəti üçün daha qorxulu və daha təhlükəli olduğunu araşdırmaq üçün bir ömür yetməz. Çünki bu iki mövcudiyyətin tarixi insanlığın yaranış tarixi qədər qədim və hətta deyərdim ki, iyrənc bir ulu zamana bağlıdır.

Bu məsələnin bir danılmaz gerçəkliyi odur ki, yalan və haramın heyvanat aləmi üçün heç bir əlaqəsi və bağlılığı yoxdur. Bunu yaradan, dünyaya gətirən adına insan dediyimiz insandır, insan!!! 
Kobra ilanının zəhəri qədər zəhərə sahiblik edən yalan və haram da vəhşi heyvan kimi pusquda durub ovunu gözləyir və tutub onu son tikəsinə çatana qədər sökür... Doyur və başını rahat bir yerə qoyub yatır.

İnsan isə yaşadığı cəmiyyəti yalan və haramçılıqla söküb dağıtmaq, öz xeyri üçün bütün alçaqlıqlara gedəcək iş və əməllərdən, namussuzluqdan belə çəkinmir.

İndi Orucluqdur. Yalançı da, haramçı da oruc tutur, özünü müqəddəs varlıq kimi göstrməyə can atır. Böyük Viktor Hüqodan oxuduğum ibrətamiz bir fikri tamamilə bölüşürəm. O, belə deyir: "Dünyamızda insanlar var ki, donuz ətini yemirlər, onu haram sayırlar. Lakin haramı yalanla birlikdə acgözlüklə yeyirlər".


Eldar SABİROĞLU

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR