“Ya vətəndaşlığımızı qəbul etməli, ya da başqa yer tapmalıdırlar”
2023-04-18 17:40:00
.jpg)
“Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir”.
Hurriyyet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
“Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır”,- deyə Prezident İlham Əliyev qeyd edib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya