"Ya Qarabağ Ermənistanın bir hissəsi olacaq, ya da Rusiya onu ilhaq edəcək" - Karnauxov ÇƏRƏNLƏDİ - VİDEO

2022-12-08 20:14:00

“Ya Ermənistan Qarabağı tanıyacaq və Qarabağ Ermənistanın bir hissəsi olacaq, ya da Rusiya onu ilhaq edəcək”.

Hurriyyet.Az xəbər verir ki, bunu rusiyalı təbliğatçı, “ictimai xadim” Sergey  Karnauxov deyib.

Karnauxov bu müsahibəsində Azərbaycana qarşı bütün nifrətini nümayiş etdirib. O, azərbaycanlıları “quldur”, “adamyeyən” adlandırıb. Çıxışının sonunda Azərbaycanı ciddi cəzalandırılmaqla hədələyib.

Onun masahibəsindən bir neçə sərsəm fikri təqdim edirik:

“Qarabağ kimindir? Biz dəqiq bilirik ki, Krım bizimdir. Biz onu müdafiə etdik.

İrəvanda tutarlı siyasi doktrina olmadığı halda, türklər uyğun gördüyü hər şeyi alacaq. Türkiyə Azərbaycanın, Ərdoğanın dostu Riçard Mur Türkiyənin  arxasındadır.

Bu, müharibə deyildi. Bu, Azərbaycanın, onun türk kuratorlarının erməni “könüllülər”inə qarşı “soyqırım” siyasəti idi. Həmin müharibədə Ermənistan ordusu “vuruşmayıb”.

Zəngəzur dəhlizi Rusiyaya lazım deyil. Bu, bizə və İrana qarşı təhdiddir.

KTMT bu münaqişədə özünü ideal aparır. KTMT-yə kim müraciət edib? Mənə bir kağız verin ki, Ermənistan KTMT-dən hərbi yardım istəyib. Belə bir sənəd yoxdur.

Biz öz təşəbbüslərimiz çərçivəsində hərəkət edə bilmərik”.

Xatırladaq ki, bundan əvvəl də Karnauxov Qarabağı Rusiyaya birləşdirmək “ideya”sını irəli sürüb.

 

Mənbə: KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.330177