YA ÖLÜM, YA AZADLIQ! – Eldar Sabiroğlu yazır

Ermənistan-Azərbaycan konflikti başlayan gündən indiyəcən ölkənin siyasi rəhbərliyində fəaliyyət göstərmiş bütün insanları ilə bu və ya digər şəkildə təmaslarda olmuşam. Hər biri haqda müəyyən bilgilərə, şəxsi qənaətlərə və siyasi baxışlara sahibəm.
Əgər Allah ömür verərsə, 45 ilik dövrü əhatə edən həyat səlnaməmin İrəvan yarpaqlarından başlayaraq 2024-cü il də daxil tarixi əhatə edən anları qələmə aldığım iki cilidlik memuar əsərimdə tanış olacaqsanız. Əlbəttə ki, Böyük və Unudulmaz Heydər Əliyevə xüsusi yer verdiyimi özünüz görəcəksiniz. Onun siyasi obrazını işləyib qurtarmaq üzrəyəm. Yaltaqlıq edib vəzifə qopartmaq istəyənlərdən fərqli olaraq çağdaş Azərbaycanın xilaskarı və ümidgahı Heydər Əliyevi necə görmüşəmsə, necə təmaslarım olubsa, məni danladığı, öyüd-nəsihət verdiyi anlardan tutmuş təriflədiyi məqamlaradək heç nəyi pozmadan, heç nəyi təhrif etmədən qələmə almışam. Onun üçün iki qəhrəman var idi. Biri Azərbaycan, biri də oğlu İlham Əliyev!!! Hər ikisini də çox sevərdi. Çalışmışam bu sevgini də elə vəsf edim ki, oxucu məndən narazı qalmasın. Dövlət işinə gəldikdə Heydər Əliyev də bağışlamaq hisləri demək olar ki, olmayıb. O, dövlətə və Azərbaycana bağlı şəxsiyyət olub. Dövlət və qanun məsələsi meydanda oldusa, o, oğluna da güzəştə getməzdi. Görünür atadan keçmə dövlətçilik prinsipləri İlham Əliyev də gəncliyindən formalaşmağa başlamışdır ki, indi biz bunun canlı şahidləri oluruq.
İlham Əliyev doğrudan, sübut etdi ki, Heydər Əliyevdən aldığı dərs bihudə deyilmiş. Onu bu dərslər kamilləşdirmiş, zəngin bilik sahibi etmişdir. Vətənə, torpağa bağlılığı da bu nəfəsdən almışdır. Düzünə qalsa, bu şəkildə yazmağı heç fikirləşmirdim. Müəyyən pisliklər və haqsızlıqların yanında elə bir yaxşılığını da gördüm ki, bunu yaddan çıxara bilmərəm.
Məni O və Xanımı demək olar ki, ikinci dəfə həyata qaytardılar. Onu hər gün meşələrdə, işğaldan azad olunmuş ərazilərdə ailəsi birlikdə görürük. Nə biləsən ki, düşmən harada dayanıb gözləyir?! İndi özü döyüşə girib, müzəffər Azərbaycan əsgəri ilə birlikdə!!! YA ÖLÜM, YA AZADLIQ deyə qorxmadan, heç nədən çəkinmədən şığıyır erməni faşistlərinin üzərinə Ali Baş Komandan!!! O, tək deyil, xalqla birlikdə hücumdadır!!!
Eldar SABİROĞLU,
Sabiq millət vəkili
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya