Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir?

2022-05-14 09:50:00

Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir?

Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır.

Hurriyyet.az xəbər verir ki, zəfərlə başa çatan 44 günlük müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.

Döyüşlərdə hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə DQ-nin 4 nəfər hərbi qulluqçusuna Prezident İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Bunlar polkovnik Yusibov Zəfər Qəzənfər oğlu, polkovnik İmrəliyev Füzuli Şiraslan oğlu, mayor Qaflanov Şixamir Oruc oğlu (ölümündən sonra) və kapitan Bədəlov Nicad Mehman oğludur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya