“Xural TV”nin redaksiyasında növbəti dəfə axtarış aparıldı

2022-09-14 09:05:00

“Xural TV”nin redaksiyasında növbəti dəfə axtarış aparıldı

Barəsində həbs qətimkan tədbiri seçilən jurnalist Əvəz Zeynallının iş yerində növbəti dəfə axtarış aparılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun xanımı Məlahət Zeynallı özünün feysbuk hesabında paylaşım edib.

“Baş Prokurorluğun İstintaq İdarəsi “Xural TV”nin redaksiyasında 2-ci dəfə axtarış apardı” – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.110698