Xumarı təmizlikçi qadın da xilas etmək istəyirmiş... - Foto

2022-05-05 10:48:00

Xumarı təmizlikçi qadın da xilas etmək istəyirmiş... - Foto

Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.

Hurriyyet.az-ın məlumatına görə, Xumarı intihardan öncə onunla eyvanda rastlaşan kommunal xidmətin təmizlikçisi fikrindən daşındırmağa çalışıb və buna ilk olaraq nail olub.

Buna baxmayaraq, bir müddət sonra Xumar yenə eyvana gələrək özünü binadan atıb.

Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.

Xəstəxanaya yerləşdirilən Z.Niyazovun vəziyyəti stabildir.

Qeyd edək ki, Xumar Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub.

 




Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya