Xudat Şəhər Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsindən ŞİKAYƏT

2022-06-15 14:11:00

Xudat Şəhər Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsindən ŞİKAYƏT

Aslan Kavazov: "Mən şikayətçi olsam da, Mətləb adlı müstəntiq Fərid və Amilə yox, mənə cinayət işi açır, bildirib ki, 1500 manat verin, işi bağlayaq"

Bugünlərdə Hurriyyet.az-ın redaksiyasına müraciət edən Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan Aslan Dursun oğlu Kavazov Xudat Şəhər Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən hüquqlarının tapdandığını, zərərçəkmiş olduğu halda ona qarşı cinayət işinin açıldığını bildirib. 

Şikayətçi qeyd edib ki, bir neçə gün öncə Xudat sakinləri Fərid və Amil adlı şəxs tərəfindən hücuma məruz qalıb, bıçaqla hədələnib: "Xudat sakini Fərid adlı şəxs içkili halda avtomobil idarə edir, hətta qanından analiz alsalar, məlum olar ki, narkotik maddələr qəbul edir. Beləliklə, bir neçə gün əvvəl övladlarımı bərbərxanaya aparmışdım. Həmin vaxt Fəridlə Amil maşınla gəldi. Onlar dayım oğlunu çağırdılar, dayımoğlu isə övladlarımın saçını qırxırdı. Fərid dayım oğlunu çağırdı və maşına mindirib aparan yerdə mən "Onu hara aparırsan?", deyə etiraz etdim. Dedim ki, uşaqlarımın başını qırxırdı, iş yarımçıq qalıb. Bundan sonra Fərid dayım oğluna bir neçə dəfə yumruq zərbəsi endirdi. Həmin vaxt maşında ekologiya işçisi, inspektor olan Amil də vardı. Qeyd edim ki, hər içisi işçili, nəşəli halda idi. Etiraz etdiyimə görə, Fərid də məni vurdu və üstümə bıçaq çəkdi, qovmağa başladı. Bu zaman qardaşım qabağa keçdi və bıçağı almağa çalışdı. Lakin Amil bıçağı alıb tez gizlətdi". 

Fərid adlı şəxsin qardaşını da vurduğunu iddia edən Aslan Kavazovun sözlərinə görə, o, bununla bağlı Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə məlumat versə də, hadisə yerinə gələn polislər Fəridlə Amili aparmayıblar: "Amilin dəniz kənarında obyekti var və o, polislərə yemək-içmək verir, onlara hörmət edir. Buna görə də polislər ona və Fəridə dəymədilər. Mənsə kasıb, xəstə adamam, ikinci qrup əliləm. Beləcə, polislər qardaşımı, dayım oğlunu polis şöbəsinə apardılar, onlardan izahat alındı. Dedilər ki, xəstəxanadan polis şöbəsinə Fərid və Amilin içkili halda olub-olmadığını müəyyən edən sənəd gəlməlidir. Lakin belə bir sənəd də gəlmədi və onların içkili olması qeyd olunmadı. Bundan sonra polislər günahı bizim üstümüzə atmağa başladılar. Mən şikayətçi olsam da, müstəntiq 15 gündən artıqdır ki, izahatımı almır. İşi də Xudatdan Xaşmaza verdilər. Xaçmazda Mətləb adlı müstəntiq isə Fərid və Amilə yox, mənə cinayət işi açır. Deyir ki, guya mən, qardaşım və dayım oğlu onlara hücum etmişik. Həm də bildirib ki, 1500 manat verin, işi bağlayaq. Axı, bu necə olan işdir?! Zərərçəkən mən, vurulan mən, üzərinə bıçaq çəkilən yenə mən, amma polis mənə cinayət işi açıq, 1500 manat istəyir. Onu da qeyd edim ki, bu hadisədən sonra dayım oğlunun bərbərxanası yandırıblar. Sizin vasitənizlə cənab prezidentdən və daxili işlər nazirindən artıq dərəcədə xahiş edirəm ki, üzləşdiyim problemin həllində yardımçı olsunlar".

Hurriyyet.az             

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya