Xoşqədəm Hidayətqızı: “18 yaşlı qız qaşını niyə qaldırsın axı?”
2025-04-14 20:43:11
.jpg)
"18-20 yaşlı qızlarımıza baxıram. Dəhşətə gəlirəm. Sizin gözəlliyiniz, estetikanız, plastik əməliyyatınız sizin cavanlığınızdır. 18 yaşında qız niyə qaşını yuxarı qaldırmalıdır? Siz nə edirsiniz? Niyə o cür əməliyyatlarda özünüzü öldürürsünüz? Ay mənim gənc, gözəl qızlarım, bunu etməyin”.
Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın Azərbaycan! verilişində deyib.
“Gözəlliyinizin qədrini bilin. Müəyyən yaşa qədər bir kosmetoloqun belə qapısına getməmişəm. Tamaşaçının önündəyəm, özümə baxmalıyam. Amma bu, bir yaşdan sonradır”, — o bildirib. \\Pravda.az
