Xoşbəxt olmaq hər kəsin öz əlindədir - PSİXOLOQ

2023-01-10 09:53:00

Xoşbəxt olmaq hər kəsin öz əlindədir - PSİXOLOQ

Validə Abbasova: “Hər kəs xoşbəxt yaşamaq istəyirsə, müsbət düşünməyi vərdiş halına gətirməlidir”

“Müsbət düşüncə quruluşunu bir vərdiş halına gətirmənin ən əhəmiyyətli mərhələlərindən biri həyata qarşı üsyankar olmamaq və məmnun olma halınızı davam etdirməkdir”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Validə Abbasova “Hürriyyət” qazetinə müsahibəsində xoşbəxt olmağın yolları haqqında danışıb. Psixoloq hesab edir ki, xoşbəxt olmaq, xoşbəxt yaşamaq hər bir insanın əlindədir:

“Xoşbəxt olmağımız üçün bir çox səbəblərimiz var. Məsələn, ailəmizin, sevdiklərimiz həyatda olması, bizlərlə bir olması elə ən böyük xöşbəxtlikdir. Həyat bizə pis və yaxşı sürprizlər hədiyyə etsə də, biz bununla barışıb, xoşbəxt olmağın yolunu tapmalıyıq. Hər günümüzün, hər saniyənin qədrini bilməliyik. Həyat bizə yaşamaq üçün 2-ci şansı vermir. Bu dünyaya bir dəfə gəlirik, bir dəfə ölürük. Əgər 2-ci dəfə dünyaya gəlmək imkanı olsaydı, o zaman insanların özlərinə etdikləri sitəmləri hardasa başa düşmək olardı”.

Validə Abbasova deyir ki, insanlar bəzən özlərinə suallar verməli və bunun cavabını axtarmalıdırlar: “Misal üçün, hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirəm? Xoşbəxt olmağım üçün nələri qurban verməliyəm? Xoşbəxtliyim öz əlimdədir? Bir ömür niyə problemlərlə yaşamalıyam? İkinci dəfə yaşamaq üçün mənə şans veriləcək? Bu kimi və s. suallar bizim xoşbəxtliyimizə işarə ola bilər. Birdən olur ki, kimlərəsə görə özümüzü o qədər qınayırıq, o qədər özümüzə stress yaşadırıq… Özünüzə təklikdə sual verin, buna dəyərmi?

Kim istəməz ki, xoşbəxtliyin yolunu tapsın?! Hər kəs xoşbəxt və hər gününü dolu-dolu, mənalı yaşamaq istəyirsə, müsbət düşünməyi vərdiş halına gətirməlidir. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki, hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər.

Müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq. Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artırması, stresslərimizi, hirslilik və depressiya hallarımızı ən aza endirməkdir. Bu pis hallardan xilas olmaq və daha çox sağlam yaşamağı bizə təqdim edir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və o etdikləri onlarla səhvləri onların daha uğurlu olması üçün əslində bir köməkçidir.

Həyatda sahib olduğumuz kiçik şeylərdən belə məmnun olub, şükr etməyi öyrənməliyik. Bəlkə bank hesabınızda milyonlar  yoxdur, amma bir ailən, uşaqların, dostların, işin və ən əhəmiyyətlisi azadlığın əlindədirsə, bunlar üçün məmnun olmalı, şükr etməyi unutmamalıyıq. Bəlkə də ən əhəmiyyətlisi sağlamlığımızın yerində olmasıdır. Özümüzü pis hiss etdiyimiz və demoralizə olduğumuz zamanlarda həyata qarşı üsyankar olur, hər şeydən şikayət edirik. Lakin yuxarıda saydığım sahib olduğumuz əhəmiyyətli şeyləri unutduğumuz üçün belə düşünməyə və üsyankar olmağa başlayırıq.

Müsbət düşüncə quruluşunu bir vərdiş halına gətirmənin ən əhəmiyyətli mərhələlərindən biri həyata qarşı üsyankar olmamaq və məmnun olma halınızı davamlı davam etdirməkdir”.

Validə Abbasovanın fikrincə, insan üçün müsbət vərdişlər, məsələn, kitab oxumaq vərdişi də önəmlidir: “Əgər kitab oxumaq vərdişi varsa, bu sizi həyata qarşı gücləndirəcək. Ən vacibi, müsbət olmağı unutdurmayacaq. Sizi həmişə bir sonrakı yerlərə qarşı hazırlayacaq olan kitabları oxuya bilərsiniz. Əgər kitab oxumaqdan xoşlanmır və “köhnəlikdir” deyə düşünürsünüzə, müxtəlif bloqları və bu mövzuda qəzet, jurnalda çıxan yazıları oxuya bilərsiniz. İnternet mühitində tonlarla müsbət düşüncəni vərdiş halına gətirmənin yollarını izah edən yazılar var və bir çoxu işə yarayır. Ən əsası, lazım olanı oxumağa başlamaq və yazılanlara güvənməkdir. Hər gün on, on beş səhifə kitab oxumaq, ya da günlük təyin etdiyin yazıları oxumaq və bunu hər gün qətiliklə etmək sizin üçün çox yaxşı bir başlanğıc olacaq və bu halda müsbət düşünməyi hiss etməyə başlayacaqsınız.

Həyatınızda hər gün yaşadığınız ən az bir müsbət və sizi çox xoşbəxt edən bir hadisə vardır. Bu an yaşadığınız günün nə qədər çətin keçdiyini bilə bilmərəm, amma əminəm ki, gün içində sizi xoşbəxt edən ən az bir hadisə yaşadınız, ya da yaşayacaqsınız. Hər kəsin gün içində ətrafında reallaşan xoş hadisələr olur. Bu hadisələri kağıza keçirməyi yoxlayın və bunu vərdiş halına gətirin. O zaman görəcəksiniz ki, bu hadisələrin təsiri daha uzun davam edəcək və xoşbəxt olma halınız bütün gününüzə əks olunacaq və qarşılaşdığınəz çətinliklərə qarşı da bir qalxan vəzifəsi görəcəklər. Çünki artıq bilirsiniz ki, həyatınızda gözəl və sizi xoşbəxt edən hadisələr də olur. Tək etməyiniz lazım olan bu hadisələri görmək və fərqinə varmaqdır.

Bəli, bir çətinliklə qarşılaşdığınızda artıq nə edəcəyinizi bilirsiniz: Yazdığınız kağızı ortaya çıxarın, oxuyun və bir az gülün, arxasında qarşılaşdığınız çətinliklə əlaqədar axtarışa başlayın. Belə çox daha asan olacaq. Əgər ətrafınızdakı insanlar hər fürsətdə mənfi düşünür və davranırsa, bu tərz insanların yanında müsbət düşünmək və bunu bir vərdiş halına gətirmək olduqca çətindir. Davamlı müsbət düşünən dostları və bu tərz düşünən insanların olduğu birliklərə girib, bu kəslərin tətbiq etdiyi üsulları tətbiq elədikcə, müvəffəqiyyətli bir strategiya olacaq. Bu tərz insanlar qarşınıza qoyduğunuz hədəflər üçün sizə mənəvi dəyər verəcək və sizi daha da müsbət düşünmək  üçün qüvvətləndirəcəkdir. Bu şəkildə müsbət insanların içindəykən və günlərinin ən azından müəyyən bir qismini bu tərz insanlarla kecirirkən hədəflərinizə çatmaq daha asan olacaq. Mənfi insanlardan uzaqlaşma sizə yalnız enerji verməyəcək, eyni zamanda müsbət insanların həyatınıza girməsi üçün də bir fürsət təqdim edəcək.

Pis fikirlər, aqressiv danışıqlar, kobud hərəkətlər heç kəsə uğur gətirməz. Çalışaq mənfi enerjiyə yox deyək”.

Hazırladı: Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134154