Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəldi

2022-12-05 22:41:00

Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəldi

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını 1/4 finala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Braziliya - Cənubi Koreya cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala yüksəliblər. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.212791