Xocavənd rayonunun Arakul kəndində orta əsr müsəlman qəbiristanlığı aşkar edilib

2023-01-12 15:58:00

Xocavənd rayonunun Arakul kəndində orta əsr müsəlman qəbiristanlığı aşkar edilib

Xocavənd rayonunun Arakul kəndində orta əsr müsəlman qəbiristanlığı aşkar edilib. Məlumata görə, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov müvafiq strukturların nümayəndələri ilə birgə əraziyə baxış keçirib. Aşkar edilmiş insan qalıqları Arakul kəndinin şimalında, təpələrdə yerləşir. Skeletlərə ilkin baxış zamanı məzarın orta əsrlərə (XIII-XV əsrlər) aid olduğu məlum olub.
Xatırladaq ki, Arakul kəndindəki erməni qəbiristanlığı 19-20-ci əsrlərə aiddir. Bu, onların XIX əsrin 40-cı illərində bu kənddə məskunlaşması ilə əlaqədardır. Əldə edilən məlumatlar göstərir ki, müsəlman əhali ermənilərdən xeyli əvvəl bu ərazidə yaşayıb.
Arakul kəndi müxtəlif dövrlərdə Xarakul, Qara-Kuzey, Arakel adları ilə tanınıb. Tarixi məlumatlara görə, kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ rayonunun Sevakar kəndindən və İrəvan qəzasının Qafan rayonundan köçmüş erməni ailələri məskunlaşıb. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlılar kənddə məskunlaşdıqdan sonra kənd Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158648