Saat:15:40
Haqqımızda

Xocalının deputatı döyüş generalının açdığı hərbi hissənin önəmindən danışdı

2021-07-31 10:01:00

Xocalının deputatı döyüş generalının açdığı hərbi hissənin önəmindən danışdı

Elman Məmmədov: “Bu, qonşularımıza növbəti mesajdır - dəmir yumruğun dəmir mərmisi istənilən vaxt təpənizə düşə bilər...”

Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub. Hərbi birlik komandiri, 2-ci Qarabağ müharibəsində döyüşmüş, general-mayor rütbəsini qazanmış Mais Bərxudarov hərbi hissənin açılışı münasibəti ilə şəxsi heyəti təbrik edib, ona uğurlar arzulayıb.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir. Xocalıda artilleriya hərbi hissəsinin açılışı olduqca önəmli hadisədir. Demək, yaxın vaxtlarda Xocalı yenidən de-fakto, de-yure Azərbaycanın olacaq. Bu müqəddəs, yaralı və şəhid şəhərə azərbaycanlılar yenidən nəfəs, həyat verəcəklər.

Zatən Ermənistanın son vaxtlar atəşkəsi pozması, Azərbaycana qarşı yalan, böhtan kampaniyası aparması bu perspektivi ləngitməyə hesablanıb. Aydındır ki, bu mümkün olmayacaq. Qarşıalınmaz proses gedir. Azərbaycan bütövləşməyə doğru gedir. Zəngəzur dəhlizi açılırsa, Xocalı, Ağdərə, Xankəndi və s. ərazilər Ermənistanda qalmayacaq, qala da bilməz.

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO - FOTOLAR  | Eurasia Diary

1-ci Qarabağ müharibəsi veteranı, 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış, hazırda Xocalının deputatı olan Elman Məmmədov “Yeni Müsavat”a deyib ki, hərbi hissənin Xocalı rayonu ərazisində açılması çox önəmli bir məsələdir: “Bizim üçün Xocalının hər qarışı müqəddəsdir. Hərbi hissənin Xocalı rayonu ərazisində, mərkəzində olmasa da açılması önəmlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocalı rayonunun işğaldan azad edilmiş bir neçə kəndi var, hansılar ki, rayon mərkəzindən 20 kilometr aralıdadır, daha çox Şuşaya yaxındır, o kəndlərdən birinin ərazisində hərbi hissə yerləşdirib. Xocalının 9 kəndi 2-ci Qarabağ müharibəsi zamanı erməni işğalından azad olunub.

Müharibədən başqa çıxış yolumuz qalmayıb” - Elman Məmmədov

 Elman Məmmədov

Ümumilikdə Xocalıda 50 kənd, 1 şəhər, 1 qəsəbə var. Artilleriya hərbi hissəsinin məhz həmin ərazidə, işğaldan azad edilmiş kəndlərdən birində yerləşdirilməsinin mühüm əhəmiyyəti var. Ora elə yüksəklikdir ki, Xankəndi oradan ovuc içi kimi görünür. Bu da bir mesajdır qonşularımıza - dəmir yumruğun dəmir mərmisi istənilən vaxt təpənizə düşə bilər".

Deputat Azərbaycan Ordusunun 44 gün ərzində dünya hərb tarixində görünməmiş uğurlara imza atdığınə xatırlatdı: “Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan 17.6 min kvadrat kilometr ərazinin 15 min kvadrat kilometrini düşməndən təmizlədi. Bu 44 gün ərzində baş verdi. Düşmən qüvvələri darmadağın edilib. İnşallah qalan torpaqlarımız da düşməndən təmizlənəcək. Həmin gün çox da uzaqda deyil”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR