Xocalının bu kəndində evlərin təmirinə 3,6 milyon ayrıldı
2025-12-16 17:51:56
Xocalı rayonunun Təzəbinə kəndində bir sıra fərdi yaşayış evlərində cari təmir işlərini həyata keçirəcək şirkət müəyyənləşib.
Hurriyyet.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Məlumata görə, Xidmət təmir işləri ilə bağlı “Salmanoğlu-İnşaat” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilələrin ümumi dəyəri 3 milyon 640 min manat müəyyənləşib.
