Saat:11:07
Haqqımızda

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib

2025-02-25 11:24:37

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Hurriyyet.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.

N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223040