Xocalı və Xankəndiyə köç başlayır
2024-02-10 22:45:24

Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq.
Hurriyyet.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır.
Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub.
