Xocalı soyqırımı həqiqətlərini əks etdirən avtomobil Roma küçələrində hərəkət edib - FOTO

2023-03-02 21:25:00

Xocalı soyqırımı həqiqətlərini əks etdirən avtomobil Roma küçələrində hərəkət edib - FOTO

İtaliyanın paytaxtı Romada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

İtaliya-Azərbaycan Birliyinin sədri Fərid Abbasovun təşəbbüsü ilə baş tutan aksiya “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində gerçəkləşdirilib.

Aksiya zamanı üzərində “Xocalı üçün dua et!” çağırışının və Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu avtomobil İtaliya paytaxtının mərkəzi küçələri ilə hərəkət edib.

Aksiya romalıların və turistlərin diqqətini Xocalı soyqırımına cəlb etmək məqsədilə təşkil edilib.








Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.190039