Saat:03:41
Haqqımızda

Xocalı soyqırımı - qan yaddaşımız

2024-02-26 18:25:00

Xocalı soyqırımı - qan yaddaşımız

Astarada erməni quldurlarının dinc insanlara qarşı törədikləri  Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı Azərbaycanın tarixində ən dəhşətli və qanlı səhifələrdən biridir” mövzusunda sərgi və mərasim baş tutub. Tədbir rayondakı Heydər Əliyev Mərkəzində olub.

Əvvəlcə “Xocalıya gedən yol” mövzusunda film nümayiş olunub. Daha sonra R.Camalov adına 7 saylı tam orta məktəbin müəllimi Fikrət Abbasov mövzu ətrafında çıxış edib. O bildirib ki, qan yaddaşımız olan Xocalı soyqırımı iyirminci əsrin qəddarcasına törədilmiş Xatın, Xirosima faciəsi ilə eyni səviyyədə durur. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətin əleyhinə törədilmiş cinayət idi. Xocalıda şəhid olanlar  xalqımızın milli azadlığı yollunda mübarizənin qurbanlarıdır. Xocalı soyqırımının şəhidləri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır...

Sonda mərkəzin Elektron kitabxanasında saxlanılan kitabların və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən təşkil olunmuş sərgi keçirilib.

Zəfər ORUCOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214105