Xocalı qatilinə qarşı cinayət işi açılıb – toxunulmazlıqdan məhrum edildi

2023-02-13 13:56:00

Xocalı qatilinə qarşı cinayət işi açılıb –  toxunulmazlıqdan məhrum edildi

Ermənistan Baş Prokurorluğu onu ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” fraksiyasının başçısı Seyran Ohanyana qarşı ittiham irəli sürülüb. Bu barədə məlumatı “aysor.am” saytı Ermənistanın Baş Prokurorluğua istinadla verib.

Prokurorluqdan bildiriblər ki, 2008-2009-cu illərdə Seyran Ohanyan 1,2 və 0,9 ha sahəyə malik torpaq ərazilərini Müdafiə Nazirliyinə lazım olmadığı üçün bazar qiymətlərindən çox ucuz satmağa qərar verib.

O, həmçinin vəzifəsindən sui-istifadə ilə bağlı başqa əməllərdə də ittiham edilir.

Cinayət işləri ilə əlaqədar olaraq, Ermənistan parlamenti S.Ohranyanı deputat toxunulmazlığından məhrum edib.

P.S. Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi , 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Ohanyan, II Qarabağ Müharibəsi zamanı yenidən Azərbaycana qarşı döyüşüb, özü də, oğlu da yaralanıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184480