Xocalı qatili həbs edilə bilər – keçmiş Müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi qaldırılıb

2023-01-20 15:06:00

 Xocalı qatili həbs edilə bilər – keçmiş Müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi qaldırılıb

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş prokuroru Anna Vardapetyan “Ermənistan” müxalifət fraksiyasının başçısı, keçmiş Müdafiə naziri Seyran Ohanyanına qarşı cinayət işi qaldırmaq niyyətindədir. Bu barədə məlumatı Ermənistanın Baş prokurorluğunun mətbuat xidməti yayıb.

“Yanvarın 20-də Ermənistanin Baş prokuroru Anna Vardapetyan “Milli Parlamentin reqlamenti” Konstitusiya qanununun 108-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Milli Parlamentin sədri Alen Simonyana “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş Müdafiə nazirinə qarşı cinayət işinin başlanması üçün üç vəsatət təqdim edib”.

Baş Prokurorluqda bildiriblər ki, keçmiş Müdafiə naziri xüsusilə külli miqdarda mənimsəmə, o cümlədən xidməti vəzifəsindən xidmətin mənafeyinə zidd istifadə edərək, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan cinayətləri törətməkdə şübhəli bilinir.

Bundan əlavə, Ohanyan xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə şübhəli bilinir.

Qeyd edək ki, 2020-ci ilin noyarında Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü – soyqırımı maddəsi ilə cinayət işi başlanıb. Təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və Seyran Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.

Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149742