"Xocalı" İdman Klubu beynəlxalq yarışa yollanır -FOTOLAR

2022-06-09 17:03:00

Azərbaycan Kikboksinq Federasiyası "Xocalı" İdman klubu beynəlxalq yarışa hazırlaşır. Yarış iyunun 17-də Türkiyən Qars şəhərində baş tutacaq. Yarış barəsində açıqlama verən verən "Xocalı" İdman Klubunun baş məşqiçisi Əli Cəfərov saytımıza açıqlamasında bildirib ki, Türkiyədəki yarışa 30 idmançı ilə qatılırlar.

"Bizim komandamız yüksək əhval ruhiyyədədir. Komandamız şəhid və qazi övladları da var. Biz öz gücümüzü bu yarışda ortaya qoyacayıq. Qeyd edim ki, bizim komandamız turnirin favoritlərindən biridir. Bizə hər zaman dəstək olan Federasiyanın prezidenti Orxan Əliyevə və Milli Məclisin vitse-spikeri Adil Əliyev dərin təşəkkürümü bildirirəm . Klubumuzun inkişafında dəyərli Ehram Məcidovun xüsusi rolu var. Məhz buna görə “Xocalı” idman klubunun direktoru Ehram Məcidova bütün idmançılarımız adından təşəkkür edirəm."-deyə Əli Cəfərov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya