Xızıda narkotacirləri polis himayə edir? - DİN-DƏN REAKSİYA

2022-12-22 13:58:00

Xızıda narkotacirləri polis himayə edir? - DİN-DƏN REAKSİYA

"Mirzəyev Asif Azad oğlu, Ağayev Fəzail Yəhya oğlu və Əliyarov Mehrab Hüseyn oğlu narkotik maddələrin ticarəti ilə məşğul olur, insanları zəhərləyirlər"

"Onlar Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının himayəsi altında bu işi görürlər"

Bu gün Hurriyyet.az saytının redaksiyasına müraciət edən Xızı rayon sakinləri Giləzi kəndində narkotik ticarətinin geniş vüsət almasından şikayətləniblər. Onların iddiasına görə, narkotik ticarəti ilə məşğul olan şəxslər Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının himayəsi altında bu işi görürlər.

Xızı sakinləri bildiriblər ki, ötən il Giləzi kənd sakini məhz narkotikin maddələrin qurbanı olub. Belə ki, narkotik asılılığından əziyyət çəkən həmin şəxsin özünü asdığı deyilir.

Həmçinin, o da bildirilib ki, təxminən, 30-a yaxın şəxs Giləzi kənd sakinləri arasında narkotik maddələrin yayılması ilə məşğuldur: "Həmin 30 nəfər kənddə normal cavan uşaq qoymayıb, az qala hamını narkotik maddə istifadəsinə cəlb etməyə çalışırlar. Kənddə elə ailələr var ki, iki övladı məhz narkotik maddə ucbatından ölüb, bir övladı isə həbsxanadadır. Hara gəldi şikayət edirik, amma hələ də bir faydası yoxdur. İş o yerə çatıb ki, kənndə polis tərəfindən ayağına qandal (xüsusi izləmə cihazı-red.) vurulan 30-a yaxın şəxs camaatın evini, malını oğurlamaqdan belə, çəkinmir. Özü də uzağı 500 manat dəyərində oğurluq edirlər ki, məsuliyyətdən yaxa qurtara bilsinlər. Çünki cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur".

Şikayətçilər iddia edirlər ki, əsasən 3 nəfər - Mirzəyev Asif Azad oğlu, Ağayev Fəzail Yəhya oğlu və Əliyarov Mehrab Hüseyn oğlu narkotik maddələrin ticarəti ilə məşğul olurlar. Sakinlərin sözlərinə görə, adıçəkilən şəxslər polislərlə əlbir olub, Giləzi kəndində narkotik ticarəti ilə məşul olur, insanları zəhərləyirlər: "Onlar neçə dəfə saxlanılıb, lakin narkotik maddə satışıcı kimi deyil, istifadəçisi kimi sənədləşdirilib bir müddət sonra geri qayıdır və öz işləri ilə məşğul olurlar. Bu 3 nəfər Giləzi kəndini yaman günə qoyub, az qala hər gün oğurluq hadisəsi baş verir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O bildirdi ki, Xızı Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb, hadisəni araşdıracaq. Elşad Hacıyev onu da əlavə etdi ki, Xızı Rayon Polis Şöbəsi şübləli şəxslər barəsində araşdırma aparıb, müvafiq tədbir görəcək: "Bir məqamı da qeyd edim ki, çox vaxt belə zənglər polisi yayındırmaq üçün də olur".

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147596