Xırdalanda məktəb yolunu zəbt edən bina

2022-12-06 23:15:00

Xırdalanda məktəb yolunu zəbt edən bina

Xırdalan 5 saylı məktəbin yoluna pilləkanları çıxan binanı Abşeronn rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin inşa etdirdiyi deyilir.
Paytaxt Bakıda son illər aparılan plansız tikinti işləri şəhərin infrastruktur və ekoloji cəhətdən təhlükəsizliyini ciddi zərbə altına qoyub. Bir-birinə bitişik inşa edilən yöndəmsiz və zövqsüz binalar hər il abadlıq və müasirliyinə dövlət büdcəsindən yüz milyonlarla vəsait xərclənən Bakını daha da eybəcərləşdirir. Aidiyyatı dövlət qurumlarının illərdir ki, tikinti sahəsində olan xaosa göz yummaları vəziyyəti daha da acınacaqlı məqama gətirib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini artırması da hazırda tikinti sahəsində olan durumu normallaşdıra bilməyib. Ərazi planlaşdırmasına uyğun olmayan, infrastruktur və ekoloji cəhətdən biabırçı durumda olan tikintilərin aparıldığı rayonlardan biri də paytatın bir addımlığında, daha doğrusu paytaxta bitişik olan Abşeron rayonundadır.

Abşeronda Fərzəliyevin tikinti xaosu

Abdin Fərzəliyev cari ilin yanvar ayından Abşeron rayonunun İcra başçısı təyin edildikdən sonra Abşeron rayonunda və Xırdalan şəhərində qanunsuz tikililər geniş vüsət aldı.

Xırdalan şəhərində hər addımbaşı rast gəlinən tikintilərin böyük əksəriyyəti layihə sənədlərini aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadıb. Qeyri-qanuni, “gecəqondu proyekti”ndə tikilər bu apartmanlarda nəinki ara məsafəsi gözlənilmir, əksinə, onsuzda ensiz olan yollar da zəbt edilir.

AzFakt.com xəbər verir ki, Abdin Fərzəliyevin xüsusi himayəsi altında aparılan belə bir qanunsuz bina tikintisi Xırdalan şəhərinin V.Musibov küçəsində – 5 nömrəli tam orta məktəbə gedən küçənin kənarında inşa edilib.

Açıklama yok.

İlginc məqam budur ki, ətraf tikililərə tam bitişik olan, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17 və 22-ci maddələrinin bir sıra bəndlərinə zidd olan bu tikintinin giriş pilləkanları böyük bir yaşayış massivinə və eyni zamanda 5 saylı tam orta məktəbin istifadə etdiyi yeganə yolun ərazisini tutub.

Açıklama yok.

Baş verən bu qanunsuzluğa isə Abşeron rayon İcra Hakimiyyəti səssiz qalıb. Əlbəttə ki, bütün baş verənlərə Abşeron rayon İcra Hakimiyyətinin susqun mövqe nümayiş etdirməsinin hansısa məqsədlərdən doğduğu hər kəsə aydındır.

Abşeron rayonunda körpədən tutmuş ağsaqalladək hamı bilir ki, bu rayonda tikinti aparmaq istəyirsənsə “pulunu ver, şəklini çəkdir” prinsipinə riayət elə. Yəni İcraya dedikləri pulu ödə, istəyirsən get Xırdalanın mərkəzində – Heydər Əliyev prospektinin ortasında nə istəyirsən onu da tik.

Arxitektura Komitəsi və FHN Abşerona nəzarət edə bilmir?

Hələ bir neçə gün öncə Fövqaladə Hallar Nazirliyi Bakı şəhərinin bir neçə ünvanında aparıla tikintiləri dayandırdı. Nazirlik qeyd edilən tikintiləri dayandırmağa səbəb kimi tikinti işinin təyinatı üzrə aparılmadığını və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığını, ara məsafəsinin gözlənilmədiyinı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyini, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığını və digər ciddi qayda pozuntusunun olduğunu səbəb göstərirdi.

Xırdalanda məktəb yolunu zəbt edən bina

 

Mənbə: Yenigundem.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137146