Saat:11:44
Haqqımızda

Xırdalanda əri tərəfindən öldürülən qadının QONŞUSU DANIŞDI – VİDEO

2024-04-29 21:19:21

Xırdalanda əri tərəfindən öldürülən qadının QONŞUSU DANIŞDI – VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.

Hurriyyet.Az xəbər verir ki, 48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev tərəfindən öldürüldüyü bildirilib.

Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:

“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi. Qızlarının üç yaşı olacaq. Belə dedilər ki, başı kəsilib”.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.

Ətraflı Baku TV-nin süjetində:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191753