Xırdalan xəstəxanası 15 gündür işıqsızdır – Keçmiş baş həkim 60 min borc qoyub getdi

2023-01-10 19:11:00

Xırdalan xəstəxanası 15 gündür işıqsızdır – Keçmiş baş həkim 60 min borc qoyub getdi

Xırdalan Ailə Sağlamlıq Mərkəzində (ASM) 15 gündür ki, işıq yanmır.

Hurriyyet.Az bildirir ki, bununla bağlı 7Times.AZ-a xəstəxana əməkdaşları məlumat verib. Qeyd edilib ki, xəstəxananın 60 min işıq borcu olduğundan elektrik xətti Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən kəsilib. Eyni zamanda Azərişıq Açıq Səhmdar Cəmiyyəti məsələylə bağlı məhkəməyə müraciət edib.

İşıq xəttinin kəsilməsi bir sıra problemlərə səbəb olub. Belə ki, xəstəxanaya müraciət edən vətəndaşlar “UZİ” və “Rentgen” aparatlarından istifadə edə bilmir. Bu da  xəstələrin narazılığına gətirib çıxarır.

Məlumatda qeyd olunur ki, borcun yaranmasının əsas səbəbkarı Abşeronun işdən  çıxarılan baş həkimi Mehriban Qaralovadır. Abşeron səhiyyəsinin durumu isə göz qabağındadır. Burada xəstələrdən pul alınmasından tutmuş, həkimlərdən pul yığılmasına qədər hər şeylə rastlaşmaq mümkündür. Baş həkimin başı pul qazanmağa qarışdığından rayon səhiyyəsinin durumunu gözdən çıxarıb. Ona görə də, vəziyyət getdikcə daha da pisləşməyə başlayıb.

Bəs, Abşeron səhiyyəsinə və təcili yardımın maddi-texniki bazasının yaxşılaşdırılmasına ayrılan dövlət vəsaitləri hara xərclənib?

M.Qaralovanın pandemiya dövründə tibbi işçilərini narazı salması, onların şəraiti ilə maraqlanmaması birbaşa prezidentin tapşırıqlarına zidd fəaliyyətdir.

Ümid edirik ki, Baş Prokurorluq və TƏBİB məsələylə bağlı araşdırma başladacaq.

Qeyd edək ki, bir müddət əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova vəzifəsindən çıxarılıb. Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır.

QEYD: Mövzunu davam etdirəcəyik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148770