XİN rəhbəri: “Azərbaycana mesaj vermişik“

2022-11-23 17:57:00

XİN rəhbəri: “Azərbaycana mesaj vermişik“

"Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik".

Hurriyyet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib.

XİN rəhbəri özünün Ermənistana və Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfərini xatırladaraq bu hadisələrin Azərbaycan mediasında qərəzli işıqlandırıldığını bildirib:   

"Təkidlə vurğulamaq istəyirəm ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Heç vaxt bir tərəfi digərindən üstün tutaraq münasibətlərimizi tənzimləmirik. Qonşularla mehriban münasibətlərə üstünlük verərkən də qonşu dövlətlərinin birinə digərindən az diqqət yetirmirik".  

Əmir-Abdullahian əlavə edib: "Qonşu ölkələrin torpaqlarına dair də heç bir göz dikməmişik. O cümlədən Azərbaycan torpaqlarına iddiamız yoxdur. Amma region ölkələrinin hamısına bəyan edirik ki, bölgədə istənilən sərhəd dəyişikliyini qəbul etməyəcəyik. Bunu rəsmi məqamlara da çatdırmışıq. O cümlədən digər qonşu dövlətlər kimi Azərbaycana da".

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163288