Saat:04:29
Haqqımızda

Xidmət rəisindən Cəlilabad meşələrində ağacların kəsilməsi ilə bağlı açıqlama

2024-04-02 15:44:15

Xidmət rəisindən Cəlilabad meşələrində ağacların kəsilməsi ilə bağlı açıqlama

Cəlilabad rayonunun Göytəpə meşəbəyliyində ağacların qanunsuz kəsilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və qanunsuz kəsinti halları aşkar edilməyib.

Hurriyyet.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov qaynarinfo-ya bildirib ki, şikayətçi Əli Nehmətovun təqdim etdiyi və sosial şəbəkədə yayılan görüntülər 2021-ci ilə aiddir, sanitar qırma sahəsi üçün ayrılmış ərazidir və burada həmin ildə bioloji inkişafdan qalmış, köküstə qurumuş, yanğına səbəb yarada biləcək quru ağacların sanitar qırıntısı həyata keçirilib.

Xidmət rəisi onu da qeyd edib ki, sözügedən ərazidə ağacların kəsildiyini iddia edən şikayətçi Əli Nehmətov vaxtilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində qanunsuz qırıntılara yol verdiyi üçün 2018-ci ildə işdən çıxarılan şəxsdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180442