Xəzəri Aralın taleyi gözləyir? – VİDEO

2022-12-22 16:08:00

Xəzəri Aralın taleyi gözləyir?  – VİDEO

Hurriyyet.az “İnaktau.kz” portalına istinadla xəbər verir ki, Qazaxıstanda Xəzər dənizi sahildən bir neçə kilometr uzaqlaşıb.

Eyni vəziyyət Azərbaycanda və Dağıstanda da müşahidə edilir.

Mülki müdafiə və fövqəladə hallar məsələləri üzrə ümumrusiya elmi-tədqiqat institutunun verdyi xəbərə görə, Dağıstan sahullərində dənizin səviyyəsi təhlükəli hesab edilən 12 sm həddindən də aşağı düşüb.

Son illərdə Xəzər dənizinin geri çəkilməsi narahatlıq doğurur. Bəzi ekspertlər Xəzərin suyunun səviyyəsinin azalmasını təbii, dövri proses kimi qiymətləndirir, yaxın zamanda vəziyyətin sabitləşəcəyini güman edirlər. Digərləri isə hesab edirlər ki, təcili tədbirlər görülməyəcəyi təqdirdə, Xəzəri Aral dənizinin taleyi gözləyir – Aralın cənub hissəsi hələ 2014-cü ildə tamamilə qurumuşdu.

Qazaxıstanın Aktau şəhərindən 280 km məsafədə yerləşən Kalamkas mədənindən çəkilən videoda da Xəzər dənizinin öz sahillərini tərk elədiyi görünür.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150357