Saat:04:03
Haqqımızda

Xəzər sahilində teraktın qarşısı alınıb – Saxlanılan şəxs Moskvadakı terrora yardım edib +VİDEO

2024-04-01 17:34:57

Xəzər sahilində teraktın qarşısı alınıb – Saxlanılan şəxs Moskvadakı terrora yardım edib +VİDEO

Rusiyanın Dağıstan Respublikasında terror aktı törətməyi planlayan dəstə saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, terorçuların hədəfində Xəzər dənizinin sahilində yerləşən “Qələbə” parkı olub.

Məlumata görə, parkda partlayış törətmək istəyən şəxslər Rusiya Fedral Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan terrorçulardan biri Mahaçqaladan “Krokus”a hücum edən şəxslərə silah daşıdığını deyib. O, bunu FSB-də dindirilərkən etiraf edib.

“Mən onlara, Moskvada "Crocus City Hall"-a hücum edən uşaqlara silah gətirdim”- deyə, o, qeyd edib.

Bundan əlavə, saxlanılan şəxsin terrorçulara pul köçürmələri etdiyi də məlum olub.  Qeyd edib ki, terror aktının konkret məqsədi olmayıb, öncəlik partlayışı insan izdihamı zamanı törətmək olub.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.269964